Belarusda qız yanan maşını yanacaqdoldurma məntəqəsinə sürüb və kömək istəməmişdən əvvəl “sosial şəbəkələr” üçün çəkiliş edib.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Belarusda çox qəribə və təhlükəli bir hadisə yaşanıb. Gənc bir qız tüstülənən və alovlanan avtomobili ilə birbaşa yanacaqdoldurma məntəqəsinə daxil olub.
O, məntəqə işçilərindən kömək istəməzdən əvvəl yanğın anını “sosial şəbəkə” üçün lentə alıb.
Qız yalnız çəkilişini bitirdikdən sonra yanacaqdoldurma məntəqəsinin işçilərinə müraciət edib.
Məntəqənin əməkdaşları dərhal hərəkətə keçərək yanğınsöndürənlərlə alovun daha da yayılmasının və mümkün partlayışın qarşısını ala biliblər.
Xuraman Etibarlı
İnterpress.az






