Paşinyan “hallüsinogen göbələk” iddialarına görə Karapetyanı məhkəmə ilə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Çindən təxminən bir ton hallüsinogen göbələk gətirməsi və çıxışlarından əvvəl onlardan istifadə etməsi barədə səsləndirdiyi iddialara görə Karapetyanı məhkəməyə verməklə hədələyib.
Məsələyə münasibət bildirən hökumət rəhbəri bu cür şayiələrə sərt reaksiya verib.
“Kobud ifadələrə görə üzr istəyirəm, lakin nəhayət hər şeyin bir həddi var”, – Ermənistanın Baş naziri vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






