Sudan səmasında nadir hərbi toqquşma BAŞ TUTUB: “Akıncı” “Akıncı”ya qarşı – VİDEObackend

Sudan səmasında nadir hərbi toqquşma BAŞ TUTUB: “Akıncı” “Akıncı”ya qarşı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan səmasında iki “Akıncı” PUA-sı arasında hava döyüşü baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Sudan səmasında Türkiyə istehsalı olan iki “Akıncı” zərbə pilotsuz uçuş aparatı (PUA) arasında hava döyüşü qeydə alınıb.

Aparatlardan birinin Sudan hərbçilərinə, digərinin isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus olduğu bildirilir.

Əlavə olaraq qeyd edək ki, mövcud məlumatlara əsasən, Sudana məxsus PUA Türkiyə istehsalı olan “Eren” raketini ataraq BƏƏ-yə məxsus uçuş aparatını vuraraq məhv edib.

Xuraman Etibarlı

İnterpress.az