Kişi barışmaq istəməyən qadını küçədə vəhşicəsinə DÖYDÜ – FOTO/VİDEObackend

Kişi barışmaq istəməyən qadını küçədə vəhşicəsinə DÖYDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kazanda kişi keçmiş həyat yoldaşını vəhşicəsinə döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Kazan şəhərində dəhşətli hadisə baş verib. Denis adlı şəxs keçmiş həyat yoldaşı Arinanı onu yenidən münasibətə məcbur etmək üçün vəhşicəsinə döyüb.

Cütlük ötən il boşanıb. Boşanmaya səbəb Denisin başqa bir qadınla münasibət qurması olub.

Arina heç bir mübahisə etmədən ayrılaraq yeni həyata başlayıb. Bir müddət sonra keçmiş həyat yoldaşı ona zəng edərək darıxdığını bildirib.

Qadın ona ikinci şans vermək qərarına gəlsə də, nəticə dəyişməyib: Denis yenə də işsiz-gücsüz qalıb, bütün məsuliyyət isə yenə Arinanın üzərinə düşüb.

Həmin axşam qısqanc kişi qadını pusub və ona hücum edib. Əvvəlcə Denisin qarına vurduğu təpikdən sonra o, qadını zərbə ilə huşsuz vəziyyətə salıb.

Polis əməkdaşları təcavüzkarı saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb. Lakin Arinanın sözlərinə görə, keçmiş əri böyük ehtimalla cəzadan yayına biləcək və şərti cəza ilə yaxasını qurtaracaq.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az