İsrail Ordusundan Livana növbəti təxliyə XƏBƏRDARLIĞIbackend

İsrail Ordusundan Livana növbəti təxliyə XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ordusu Livanın daha bir kəndinin sakinlərinə təxliyə xəbərdarlığı edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) nümayəndəsi məlumat yayıb.

ÇAXAL-ın ərəb dilindəki rəsmi nümayəndəsi Livanın Əl-Abbasiyə kəndinin sakinlərinə növbəti xəbərdarlıq müraciətini dərc edib.

Ordudan verilən məlumatda sakinlərin təhlükəsizliyi üçün dərhal ərazini tərk etmələri tələb olunub.

Qeyd edək ki, bu, son saatlarda verilən yeganə təxliyə qərarı deyil.

Daha əvvəl də Livanın cənubunda yerləşən 6 kəndin sakinlərinə bölgəni tərk etmələri barədə göstəriş verilmişdi.

Bölgədə gərginliyin artması ilə əlaqədar hərbi əməliyyatların intensivləşəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az