Rusiyalı turistə Taшlandda krevetka ayağını zədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərindən olan 28 yaşlı Anatoli adlı turist Tailandın Similan adalarında istirahət edərkən gözlənilməz hadisə ilə üzləşib.
Mavi suları və palma ağacları ilə “cənnət” sayılan məkana gələn gənc katerdən suya tullanarkən krevetka-peyğəmbər dəvəsinin (mantis karidesi) hücumuna məruz qalıb.
Hücum nəticəsində turistin ayağında ciddi əzilmə müşahidə olunub.
Mütəxəssislər bildirir ki, bu canlılar təhlükə anında özlərini müdafiə etmək üçün ön ayaqlarını (toppuzlarını) saatda təxminən 90 km sürətlə hərəkət etdirə bilirlər.
Onların zərbə gücü odlu silahdan açılan atəşə bərabərdir ki, bu da molyuskların qabıqlarını, xərçənglərin zirehlərini və hətta akvarium şüşələrini belə sındırmağa qadirdir.
Anatoli xoşbəxtlikdən ciddi sınıq xəsarəti almasa da, uzun müddət davam edəcək reabilitasiya prosesi ilə üz-üzə qalıb.
Hadisə turistin həm fiziki ağrı yaşamasına, həm də ömürlük “krevetka fobiyası” qazanmasına səbəb olub.
Turistlərə suda hərəkət edərkən ehtiyatlı olmaları və dəniz canlılarına məsafə saxlamaları tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






