Zaporožyedə sərxoş hərbçi mağazada münaqişə yaradıb, daha sonra insanlara atəş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Polisi məlumat yayıb.
Ukraynanın Zaporožye şəhərində xoşagəlməz və ağır cinayətlə nəticələnən hadisə baş verib. Sərxoş vəziyyətdə olan hərbçi mağazada münaqişə yaradıb.
Mağazadan çıxdıqdan sonra ona irad bildirən vətəndaşlarla mübahisə edən şəxs daha sonra üzərindəki tapançadan küçədəki insanlara atəş açıb.
Hadisə nəticəsində 17 yaşlı yeniyetmə və 33 yaşlı kişi xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində təqsirkar hərbçi saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Hadisənin təfərrüatları və hərbçinin qanunsuz yolla silahı haradan əldə etdiyi istintaq çərçivəsində müəyyənləşdiriləcək.
Xuraman Etibarlı
İnterpress.az






