İsrail ordusu Rəfəhin şərqində 8 yeraltı tunel xəttini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu son bir neçə ay ərzində Qəzza zolağının cənubunda “terror infrastrukturunu” təmizləmək məqsədilə genişmiqyaslı əməliyyatlar həyata keçirib.
Hərbi fəaliyyətlər zamanı HƏMAS tərəfindən istifadə edilən, ümumi uzunluğu iki yarım kilometrdən çox olan 8 yeraltı tunel xətti aşkar edilərək dağıdılıb.
Tunel marşrutlarından biri Rəfahın şərq hissəsindəki yeraltı infrastruktur şəbəkəsinin bir hissəsi olub.
Məlumata görə, təşkilatın yaraqlıları son aylarda məhz bu ərazidə fəaliyyət göstəriblər. Hərbi mühəndislik əməliyyatı çərçivəsində tunellərin içərisinə daxil olan qoşunlar tərəfindən sözügedən yaraqlılar aşkarlanıb və zərərsizləşdirilib.
İsrail ordusu Qəzzada hərbi əməliyyatların və tunellərin məhv edilməsi prosesinin davam edəcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






