İnzibati Məhkəmə Anna Akopyanın rəhbərlik etdiyi fonda qarşı iddia ərizəsini geri qaytarıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
İnzibati Məhkəmə “Müstəqil Müşahidəçi” koalisiyasının Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna qarşı qaldırdığı iddia ərizəsini düzəlişlər edilməsi üçün geri qaytarıb.
Xüsusilə, məhkəmə Müstəqil Müşahidəçinin seçki dövründə iddia qaldırmaq hüququnun olub-olmadığının aydınlaşdırılmasının vacibliyini qeyd edib və fondun rəhbəri Anna Akopyanın iddiada cavabdeh kimi göstərilməsinin vacibliyini qeyd edib.
Məhkəmə həmçinin bildirib ki, iddiada sadalanan hadisələr bir-biri ilə əlaqəli hesab edilə bilməz, çünki onlar müxtəlif vaxtlarda baş verib və fərqli hüquqi nəticələrə səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






