Təyyarənin mühərrikinə düşən şəxsin cəsəd qalıqları TAPILDI – Faciə anı VİDEOdabackend

Təyyarənin mühərrikinə düşən şəxsin cəsəd qalıqları TAPILDI – Faciə anı VİDEOda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də təyyarənin mühərrikinə düşən şəxsin cəsədinin qalıqlarının fotosu yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə mayın 10-da baş verib. Naməlum şəxs hava limanının uçuş-enmə zolağına daxil olaraq, ona doğru hərəkət edən təyyarəyə qarşı istiqamətdə yeriyib.

Bir an sonra sərnişin layneri həmin şəxsi vurub. Faciəli an videokameralar tərəfindən lentə alınıb.

Hadisədən sonra həmin şəxsin cəsədinin qalıqları təyyarənin mühərrikində aşkarlanıb.

İnsident nəticəsində 12 sərnişin yüngül xəsarət alıb, onlardan beş nəfər xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, həlak olan şəxs hava limanının əməkdaşı deyil.

Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Hava limanının təhlükəsizlik sistemindəki boşluqlarla bağlı genişmiqyaslı araşdırmaya başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az