Tailandda konfet oğurlayan turistə 99 illik QADAĞA – FOTObackend

Tailandda konfet oğurlayan turistə 99 illik QADAĞA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandda marketdən konfet oğurlayan rusiyalıya 99 illik ölkəyə giriş qadağası qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tailandda 34 yaşlı Valentin adlı Rusiya vətəndaşı dəfələrlə supermarketdən çubuqlu konfet oğurladığı üçün saxlanılıb.

Hadisə yerinə gələn polis əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirən şəxs, polis qadına təhqiramiz ifadələr işlədib və mağaza sahiblərinin başını kəsəcəyi ilə hədələyib.

İndi problem yaradan şəxsi məhkəmə, turistik həbsxana və ölkəyə 99 illik giriş qadağası gözləyir.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs daha sonra Banqkok şəhərinə aparılacaq.

Valentin orada qohumlarının hesabına Rusiyaya deportasiya olunacaq.

Yerli hüquq-mühafizə orqanları turistlərin qanunlara riayət etməsinin vacibliyini bir daha xatırladıb.

Xuraman Etibarlı

İnterpress.az