İrkutskda “cadugər” meşədən keçən şəxsi qılıncla yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın İrkutsk şəhərində orta əsrlər mövzusunda keçirilən şənlikdə iştirak edən gənc “cadugər” fantaziya aləmindən döyüş səhnələrini canlandırıb. Tədbirdən sonra o, kostyumda və belində iki qılıncla meşəlik ərazidən keçərək evinə qayıdırmış.
Yolda yerli sakinlərdən biri “canavar ovçusuna” yaxınlaşaraq, onun xarici görünüşünün normalara uyğun olmadığını bildirib. Bu irad gənclə həmin şəxs arasında münaqişəyə səbəb olub.
“İrkutsk Geraltı” soyuqqanlılığını qoruya bilməyib və qılıncla həmin şəxsin başına zərbə endirib.
Qılınc itilənməmiş olduğundan, zərərçəkən ciddi xəsarət almayıb.
Buna baxmayaraq, hadisədən sonra polis “cadugər”in iki qılıncını müsadirə edib.
Onun hərəkətləri “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə qiymətləndirilib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az






