Çində attraksion FACİƏSİ: 16 yaşlı qız kanyona düşərək ÖLDÜ – VİDEObackend

Çində attraksion FACİƏSİ: 16 yaşlı qız kanyona düşərək ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 16 yaşlı turist attraksiondan kanyona düşərək həlak olüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Çinin Siçuan əyalətindəki macəra parkında dəhşətli bədbəxt hadisə baş verib. 16 yaşlı turist “bancie-jumping” (yüksəklikdən kəndirlə tullanma) attraksionunda tullanarkən kəndirin qırılması nəticəsində kanyona düşüb.

Məlumata görə, tullanmazdan əvvəl qız kəndirin kifayət qədər etibarlı bərkidilmədiyini görərək narazılığını bildirib, qışqıraraq etiraz edib. Lakin buna baxmayaraq, o, tullanmağa məcbur olub və kəndirin qırılması ilə faciə qaçılmaz olub.

Hadisə rəsmi olaraq bədbəxt hadisə kimi qiymətləndirilib.

Hazırda parkdakı attraksionların təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı genişmiqyaslı yoxlamalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az