Sərxoş gənc kömür vaqonunda Tümenə GEDİB ÇIXDI – FOTObackend

Sərxoş gənc kömür vaqonunda Tümenə GEDİB ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqlu gənc gecə klubundan sonra Tümenə gedən kömür vaqonunda ayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində “taleyin istehzası” kimi qiymətləndirilə biləcək qəribə bir hadisə yaşanıb.

“Chili” adlı gecə klubunda əylənən gənc spirtli içkinin təsirindən özündən gedib və bundan sonra nə baş verdiyini xatırlamayıb.

O, yuxudan təkərlərin gurultulu səsinə, üst-başı kömür içində və döyülmüş vəziyyətdə, yük vaqonunun içində oyanıb.

Sonradan məlum olub ki, qatar onu Yekaterinburqdan Tümen şəhərinə aparır.

Özünə gələn gənc dərhal telefonunu götürərək dostuna video-mesajlar göndərməyə başlayıb. O, videoda dostuna işə gələ bilməyəcəyini də bildirib.

Gəncin sonda evə qayıdıb-qayıda bilmədiyi barədə məlumat yoxdur.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər gəncin sərxoş vəziyyətdə necə yük vaqonuna düşməsini təəccüblə qarşılayıblar.

Xuraman Etibarlı

İnterpress.az