Narita limanında “HAVA ŞOKU”: Təyyarə eniş EDƏ BİLMƏDİ – VİDEObackend

Narita limanında “HAVA ŞOKU”: Təyyarə eniş EDƏ BİLMƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada güclü külək səbəbindən sərnişin təyyarəsi Narita hava limanına enə bilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Yaponiyanın Narita beynəlxalq hava limanında əlverişsiz hava şəraiti səbəbindən ciddi çətinliklər yaşanıb.

Güclü külək səbəbindən sərnişin təyyarəsi təhlükəsizlik qaydalarına uyğun olaraq eniş edə bilməyib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmasa da, təyyarənin növbəti dövrələr etdiyi və eniş üçün uyğun şərait gözlədiyi bildirilir.

Aeroport administrasiyası güclü küləyin uçuş-enmə zolağında təhlükəsizlik riskləri yaratdığını qeyd edib.

Hava şəraitinin yaxşılaşmasına qədər bəzi uçuşlarda ləngimələr və istiqamətin dəyişdirilməsi mümkündür.

Xuraman Etibarlı

İnterpress.az