Rusiya Daxili İşlər Nazirliyi Denis Butsayevi axtarışa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumat yayılıb.
Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin sabiq nazir müavini Denis Butsayevə qarşı cinayət işi başlanılıb.
O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa elan edilib.
Daxili İşlər Nazirliyinin axtarış bazasında yerləşdirilən məlumatda Butsayevin adı “axtarışda olan şəxslər” siyahısına daxil edilib. Lakin sabiq məmurun konkret hansı cinayət əməllərində ittiham olunduğu hələlik rəsmi şəkildə açıqlanmayıb.
Hazırda hüquq-mühafizə orqanları Denis Butsayevin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Xuraman Etibarlı
İnterpress.az






