Gürcüstanda kilsəyə HÜCUM: İkonalar oğurlanaraq zibil qutusuna ATILDIbackend

Gürcüstanda kilsəyə HÜCUM: İkonalar oğurlanaraq zibil qutusuna ATILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda kilsədən oğurlanan ikonalar zibil qutusunun yanına atılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Gürcüstanın Axalsix rayonunun Mardi kəndindəki kilsədə xoşagəlməz hadisə baş verib. Naməlum şəxslər gecə saatlarında kilsəyə daxil olaraq oradakı erməni apostol və pravoslav ikonalarını oğurlayıblar.

Hadisə mayın 10-na keçən gecə baş verib. Oğurlanan müqəddəs əşyalar daha sonra zibil qutusunun yaxınlığında atılmış vəziyyətdə tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı dini ayinlərin icrasına qanunsuz maneçilik törətmə maddəsi ilə cinayət işi açıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı istintaq tədbirləri davam etdirilir, şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.az