Polisə min dəfə zəng edib susan şəxs HƏBS EDİLDİbackend

Polisə min dəfə zəng edib susan şəxs HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinqapurda polisi bir həftə ərzində min dəfədən çox narahat edən şəxs həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Sinqapurda 37 yaşlı Fu Tsya Xun adlı şəxs polisə qarşı qanunsuz hərəkətlərinə görə saxlanılıb. O, bir həftə ərzində polisə min dəfədən çox zəng edib.

Məlum olub ki, 37 yaşlı şəxs zənglər üçün xarici nömrələrdən istifadə edib və dəstəyi qaldıranda heç bir söz demədən susub.

Dövlət qulluqçularının öz vəzifə borclarını yerinə yetirməsinə mane olduğu üçün onu altı ayadək həbs cəzası və ya 2 500 Sinqapur dolları (təxminən 3 200 manat) məbləğində cərimə gözləyir.

Hazırda hüquq-mühafizə orqanları şəxsin bu hərəkətləri hansı məqsədlə etdiyini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az