Avroviziyada siyasi GƏRGİNLİK: Azarkeşlər zaldan çıxarıldı, şüarlar SENZURA OLUNDU – VİDEObackend

Avroviziyada siyasi GƏRGİNLİK: Azarkeşlər zaldan çıxarıldı, şüarlar SENZURA OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eurovision” təşkilatçıları İsrail təmsilçisinin çıxışı zamanı azarkeşlərin etirazlarını senzura edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları İsrail təmsilçisinin çıxışı zamanı azarkeşlərin “Soyqırımı dayandırın” və “Fələstinə azadlıq” şüarlarını efirdən kəsib.

Yarışmanın təşkilatçıları 70 illik yubiley şousunun “azadlıq, bərabərlik və qardaşlıq” meydanı olacağına söz vermişdilər.

Canlı yayımda azarkeşlərdən birinin şüar səsləndirdiyi eşidilsə də, müsabiqənin rəsmi “YouTube” kanalına yerləşdirilən videoda bu səslər yığışdırılıb və əvəzində yalnız fon səsləri saxlanılıb.

Təşkilatçılar verdikləri açıqlamada “üzrxahlıq” tonu ilə bildiriblər ki, həmin səs zalda quraşdırılmış mikrofonlardan gəlib və təhlükəsizlik əməkdaşları “ictimai asayişi pozduqlarına görə” həmin şəxsləri dərhal zaldan çıxarıblar.

Xuraman Etibarlı

İnterpress.az