Gömrükçülər qış gödəkçələrinin içərisinə gizlədilmiş 700-dən çox samur və sansar dərisi aşkar ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FGX) məlumat yayıb.
Gömrük əməkdaşları Çinin Şenyan şəhərinə göndərilən altı bağlamaya baxış keçirərkən qeyri-adi qaçaqmalçılıq faktı aşkar ediblər.
Məlum olub ki, bağlamalardakı qış gödəkçələrinin içərisinə izolyasiya (istilik izolyasiya materialı) əvəzinə ümumilikdə 700-dən çox samur və sansar dərisi tikilib.
Qaçaqmalçılar xəzləri xüsusi üsulla gödəkçələrin astarlarına gizlədərək gömrük nəzarətindən yayındırmağa çalışıblar. Faktla bağlı araşdırmalara başlanılıb.
Xəzlərin bazar dəyərinin yüksək olduğu nəzərə alınaraq, qanunsuz yolla ixracına cəhd edilən dərilər müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az






