İrkutskda 10 yaşlı uşaq telefonla şəkil çəkərkən çaya düşərək batıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasıi məlumat yayıb.
Rusiyanın İrkutsk şəhərində faciəli hadisə baş verib. 10 yaşlı uşaq telefonla şəkil çəkdiyi zaman müvazinətini itirərək çaya düşüb.
Güclü axın azyaşlını dərhal uzaqlaşdırıb.
Hadisə yerinə dərhal xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda uşağın axtarışları davam etdirilir.
İstintaq orqanları hadisənin başvermə şəraitini araşdırır və valideynlərə uşaqların su hövzələrində nəzarətsiz qalmaması ilə bağlı xəbərdarlıq edir.
Xuraman Etibarlı
İnterpress.az






