Mahaçqalada uşaq bağçasında 3 yaşlı qız aldığı ağır xəsarətdən sonra barmağı amputasiya olunub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xəbər verdiyimiz kimi, Dağıstanın Mahaçqala şəhərində yerləşən uşaq bağçasında ağır hadisə baş verib.
Mayın 8-də tərbiyəçilərin nəzarəti altında olan 3 yaşlı qız uşağı sağ ayağından ağır xəsarət alıb. Valideynlər xəsarəti qızlarını evə gətirdikdən sonra fərq ediblər.
K.Kurayev adına Uşaq Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, qız uşağı xəstəxanaya çatdırılarkən onun ayaq barmağı artıq kəsilmiş vəziyyətdə olub.
Həkimlərin səylərinə baxmayaraq, barmağı xilas etmək mümkün olmayıb. Həkimlər qızın həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla bağlı dərhal istintaq hərəkətlərinə başlanılıb və təhsil müəssisəsinin əməkdaşları saxlanılıb və iki ay müddətinə həbs ediliblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən bağça işçilərinin öz vəzifə borclarına etinasız yanaşması və hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.
***
20:17
Mahaçqalada bağçada üç yaşlı qızın ayağı xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Dağıstanın Mahaçqala şəhərində yerləşən uşaq bağçalarından birində xoşagəlməz hadisə baş verib.
Üç yaşlı qız uşağının sağ ayağında ciddi xəsarət aşkar edilib. Valideynlər bu xəsarəti qızlarını evə gətirdikdən sonra fərq ediblər.
Məlumata görə, uşaq mayın 8-də bağçada tərbiyəçilərin nəzarəti altında olarkən bu xəsarəti alıb.
Faktla bağlı dərhal istintaq hərəkətlərinə başlanılıb və təhsil müəssisəsinin əməkdaşları saxlanılıb.
Məlumata görə, uşaq bağçasının üç işçisi üç yaşlı uşağın xəsarət alması səbəbindən iki ay müddətinə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az






