Mahaçqalada uşaq bağçasında tərbiyəçilər 3 yaşlı qızın qopan barmağını gizlətməyə çalışıblar
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Dağıstanın Mahaçqala şəhərindəki uşaq bağçalarından birində ağlasığmaz hadisə baş verib.
Məlumata görə, uşaqlardan biri ehtiyatsızlıqdan qapını bağlayarkən 3 yaşlı qızın ayaq barmağını (çeçələ barmaq) sıxıb və nəticədə barmaq qopub.
Hadisənin şok edici tərəfi isə tərbiyəçilərin davranışı olub. Onlar təcili tibbi yardım çağırmaq əvəzinə, yaraya ilkin müdaxilə ediblər.
Daha sonra qopan barmağı uşağın kolqotkasının içinə qoyaraq, qızı valideynlərinə təhvil veriblər.
Valideynlər evdə uşağın vəziyyətini gördükdən sonra dəhşətə gəlib və dərhal onu xəstəxanaya çatdırıblar.
Faktla bağlı artıq cinayət işi başlanılıb və bağçanın 3 əməkdaşı saxlanılıb.
Hazırda istintaq orqanları tərbiyəçilərin hadisəni gizlətmək cəhdini və peşə vəzifələrini yerinə yetirərkən yol verdikləri kobud səhlənkarlığı araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






