Nyu-York polisi 200 qanunsuz skuteri MƏHV ETDİ – VİDEObackend

Nyu-York polisi 200 qanunsuz skuteri MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York polisi 200 qanunsuz skuteri məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Nyu-York polisi şəhər küçələrində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı aksiyaya imza atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz istifadə olunan 200 skuteri məhv ediblər.

Məlumata görə, ilin əvvəlindən bəri şəhərdə ümumilikdə 5,7 min qanunsuz moped və skuteri müsadirə edilib.

Polis bildirir ki, bu nəqliyyat vasitələri əksər hallarda sənədsiz olub və yol hərəkəti qaydalarını ciddi şəkildə pozub.

Şəhər hakimiyyəti qanunsuz nəqliyyat vasitələrinə qarşı reydlərin davam etdiriləcəyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az