Nikola Sarkozi yenidən məhkəmə QARŞISINDA – 7 illik həbs oluna BİLƏRbackend

Nikola Sarkozi yenidən məhkəmə QARŞISINDA – 7 illik həbs oluna BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prokurorluğu eks-prezident Nikola Sarkozinin 7 il müddətinə həbsini tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Fransa prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

O, 2007-ci il seçki kampaniyasını Liviya vəsaitləri hesabına qanunsuz maliyyələşdirməkdə ittiham olunur.

Prokurorluq həbs cəzası ilə yanaşı, sabiq prezidentin 300 min avro (təxminən 555 000 manat) məbləğində cərimələnməsini və beş il müddətinə dövlət vəzifələri tutmasının qadağan edilməsini istəyib.

Nikola Sarkozi özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir və işin siyasi motivli olduğunu iddia edir. Məhkəmə prosesi davam edir.

Xuraman Etibarlı

İnterpress.az