Kemerovo vilayətində qatar yük maşını ilə toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Kemerovo vilayətində dəmir yolu keçidində qəza baş verib.
İlkin məlumata görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə qırmızı işıq yanarkən daxil olub və qatarla toqquşub.
Toqquşma nəticəsində qatarın ilk vaqonu relsdən çıxıb.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Boçatı stansiyası yaxınlığında baş verən insident səbəbindən qatarların hərəkətində ləngimələr müşahidə olunur.
Hazırda hadisə yerində xilasetmə və qəza-bərpa qrupları işləyir, qatarın hərəkətinin bərpası üçün tədbirlər görülür.
Xuraman Etibarlı
İnterpress.az





