39 yaşlı kişi mənzilə girib 12 yaşlı uşağı vəhşicəsinə DÖYDÜ – VİDEObackend

39 yaşlı kişi mənzilə girib 12 yaşlı uşağı vəhşicəsinə DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinsk vilayətində kişi 12 yaşlı uşağı vəhşicəsinə döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Çelyabinsk vilayətində özündən çıxan şəxs qeyri-adi bir bəhanə ilə başqasının mənzilinə daxil olaraq 12 yaşlı uşağı vəhşicəsinə döyüb.

Məlumata görə, 39 yaşlı Yevgeni T. velosipedinin təkərlərinin deşilməsini bəhanə edərək uşaqla “haqq-hesab çəkməyə” gedib.

O, mənzilə özü ilə kiçik yaşlı qardaşı oğlunu da aparıb. Məhz qardaşı oğlu uşağın təkərləri deşən dostlarının adlarını ona deyib.

Döyülən məktəbli beyin silkələnməsi, alnın kəsilməsi və daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hücum edən şəxsin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir.

Hadisə cəmiyyətdə böyük hiddət doğurub, istintaq qrupu təqsirkarın əməllərini ağır cinayət kimi qiymətləndirir.

Xuraman Etibarlı

İnterpress.az