Argentinada televiziya kanalının canlı efirində gülməli hadisə yaşanıb: ufoloq əvəzinə uroloq efirə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Argentinada yayımlanan televiziya kanallarından biri maraqlı bir texniki səhvə yol verib.
Telekanal efirdə naməlum uçan obyektlər (UFO) haqqında dərc edilmiş yeni faylları müzakirə etmək üçün studiyaya tanınmış bir ufoloq dəvət etmək istəyib.
Lakin kanalda baş verən qarışıqlıq nəticəsində mütəxəssis əvəzinə uroloq dəvət olunub.
Verilişin gedişində qonağın mövzu ilə bağlı anlayışının olmadığını görən aparıcılar və tamaşaçılar çaşqınlıq yaşayıb.
Səhvi çox gec fərq edən kanal rəhbərliyi vəziyyətdən çıxış etməyə çalışsa da, bu hadisə sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.
İnternet istifadəçiləri “UFO” və “Uroloq” sözlərinin oxşarlığından istifadə edərək bu hadisəni ilin ən gülməli televiziya səhvi adlandırıblar.
Xuraman Etibarlı
İnterpress.az






