Lvov merinə HÜCUM – Naməlum şəxs onun üzərinə maye TÖKDÜbackend

Lvov merinə HÜCUM – Naməlum şəxs onun üzərinə maye TÖKDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lvovda mer Sadovıya hücum olub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Lvov şəhərinin meri Andrey Sadovıya qarşı hücum olub. Naməlum şəxs merin üzərinə maye töküb.

Hadisəni törədən şəxs dərhal polis tərəfindən saxlanılıb.

Jurnalist Qlaqolanın məlumatına görə, meri su ilə isladan şəxs yerli sakindir və o, əvvəllər soyğunçuluq və narkotik vasitələrlə bağlı qanunla problemlər yaşayıb.

Hüquq-mühafizə orqanları bildirir ki, saxlanılan şəxsi cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.

Merin səhhəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Hazırda polis hadisənin motivlərini araşdırır və müvafiq hüquqi prosedurlar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az