Kamçatkada MAY FIRTINASI: SUV karvanı 12 metrlik qarda QALDI – VİDEObackend

Kamçatkada MAY FIRTINASI: SUV karvanı 12 metrlik qarda QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada may ayında qar fırtınası: “Cip” karvanı 12 metrlik qar uçqunları arasında qaldı

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Kamçatka yarımadasında gözlənilməz hava şəraiti faciəvi və çətin anlar yaşadıb.

“Cip” karvanı Verxne-Opalinski isti su mənbələrinə doğru hərəkət edərkən aşırımı keçən zaman qəfil qış fırtınası ilə üzləşib.

Şahidlərin sözlərinə görə, bölgədə adətən fevral ayında müşahidə olunan bu cür hava şəraiti may ayında qeydə alınıb.

Qarın hündürlüyü 12 metri keçdiyi ərazidə küləyin sürəti saniyədə 25 metrə çatıb. Nəticədə 14 avtomobildən ibarət tıxac yaranıb.

Görünüş məsafəsinin sıfıra endiyi güclü çovğun səbəbindən sürücülər demək olar ki, “kor-koranə” irəliləməyə məcbur olublar.

Yollardakı çalalar səbəbindən avtomobillər mütəmadi olaraq yolda qalıb və sürücülər bir-birinə kömək edərək maşınları çıxarıblar.

Adətən 4 saat çəkən yol, bu ekstremal hava şəraitində yarım günə başa gəlib.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və sürücülərə mürəkkəb hava şəraitində səyahət etməmələri tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az