Cenevrədə vandallar tarixi pravoslav kilsəsinin vitrajını sındırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İsveçrənin Cenevrə şəhərində yerləşən Xaç Ucaltma (Krestovozdvijenski) Pravoslav Katedralında vandallıq hadisəsi baş verib.
Naməlum şəxs kilsənin təxminən 160 il yaşı olan tarixi vitrajını sındırıb.
Məlumata görə, şübhəli şəxs qısa müddət sonra saxlanılıb. Kilsə rəhbərliyi hadisəni mədəni irsə qarşı ciddi hörmətsizlik kimi qiymətləndirib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin motivləri və saxlanılan şəxsin məsuliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az






