Pxuketdə FACİƏ: Rusiyalı turist çimərlikdə BOĞULDU – FOTObackend

Pxuketdə FACİƏ: Rusiyalı turist çimərlikdə BOĞULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı turist Tailandın Pxuket adasında dənizdə boğularak ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Faciə Tailandın Pxuket adasındakı Nay-Yanq çimərliyində baş verib. 43 yaşlı rusiyalı turist sahilə yaxın yerdə, suda hərəkətsiz halda görünüb.

Dərhal sudan çıxarılan qadının huşsuz olduğu müəyyən edilib. Çimərlikdə ona ilkin tibbi yardım göstərilsə də, xəstəxanaya çatdırılan turistlərin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər təxminən bir saat sonra qadının ölümünü qeydə alıblar.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır, ölümün dəqiq səbəbləri müəyyən edilir.

 

Xuraman Etibarlı

İnterpress.az