Kursk vilayəti Bolşesoldatski rayonunun rəhbəri canlı yayımda söyüş söyüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Kursk vilayəti Bolşesoldatski rayonunun rəhbəri Vladimir Zaytsev videoəlaqə vasitəsilə deputat Aleksandr Xinşteynlə danışarkən biabırçı vəziyyətə düşüb.
Xinşteynin ona müraciət etdiyi anda Zaytsev kabinetində kiməsə qarşı nalayiq söyüşlər söyüb.
Mikrofonunun açıq olduğunu fərq etməyən rayon rəhbəri daha sonra əlaqədə yaranan problemlərə görə üzr istəməyə çalışıb. Lakin deputat Xinşteyn onun bu üzrxahlığını qəbul etməyib:
“Deyəsən, problem təkcə əlaqədə deyil, həm də nitq aparatındadır. Sizinlə daha qapalı rejimdə ayrıca danışacağıq”, – Xinşteyn cavab verib.
Hadisə Rusiyada məmurların etik davranış qaydaları ilə bağlı geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






