Avropada yayılan hantavirus ştamı Rumıniyada da AŞKARLANDIbackend

Avropada yayılan hantavirus ştamı Rumıniyada da AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada hantavirusa yoluxma halı qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Radio Rumıniya” məlumat yayıb.

Rumıniyanın qərbində yerləşən Arad qəzasındakı xəstəxanalardan birində xəstələrdən birində hantavirus aşkarlanıb.

Rəsmi məlumata görə, söhbət Avropada yayılan və “Hondius” gəmisindəki yoluxma ocağı ilə heç bir əlaqəsi olmayan virus ştamından gedir.

Hazırda infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tibbi tədbirlər görülür.

Səhiyyə orqanları əhalini ayıq-sayıq olmağa və gigiyena qaydalarına riayət etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az