İsrail ordusu “İslam Cihadı”nın Livandakı komandirini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu gecə saatlarında Livanın Beyrut yaxınlığındakı Beka vadisi rayonuna aviazərbə endirib.
Əməliyyat nəticəsində “İslam Cihadı” terror təşkilatının Beka bölgəsindəki komandiri Vael Mahmud Əbd əl-Halim zərərsizləşdirilib.
Məlumata görə, Əl-Halim “İslam Cihadı” döyüşçülərinin Livandakı “Hizbullah” qruplaşması ilə birləşməsinə rəhbərlik edib.
O, həmçinin son vaxtlar İsrail ordusuna qarşı terror marşrutlarının təşkilində və irəlilədilməsində fəal rol oynayıb.
İsrail hərbçiləri bölgədə terror infrastrukturuna və rəhbər şəxslərinə qarşı əməliyyatların davam edəcəyini vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az






