Keçmiş deputat Maqomed Hacıyev ömürlük həbs cəzasına MƏHKUM EDİLDİbackend

Keçmiş deputat Maqomed Hacıyev ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva TASS-a məlumat verib.

Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev qətlin təşkil edilməsi işi üzrə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum olunub.

İstintaqın məlumatına görə, Hacıyev 2011-ci ildə İlahiyyat İnstitutunun rektoru Maqsud Sadıqovun qətlini təşkil edib.

Məhkəmənin hökmü ilə Hacıyevin təqsiri sübuta yetirilmiş hesab edilib və onun barəsində qiyabi olaraq ən ağır cəza təyin olunub.

Xuraman Etibarlı

İnterpress.az