Kiyevdə silahlı insident baş verib: tanışları ilə mübahisə edən şəxs mənzildə barrikada qurub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Polisi məlumat yayıb.
Kiyev şəhərində xoşagəlməz hadisə qeydə alınıb. Tanışları ilə mübahisə edən şəxs silahlı hücuma keçib və hadisə yerindən qaçaraq özünə mənzildə barrikada qurub.
Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisə yerində polis əməkdaşları və xüsusi təyinatlılar fəaliyyət göstərir.
Silahlı şəxslə danışıqlar davam etdirilir.
Hüquq-mühafizə orqanları əhalinin təhlükəsizliyini təmin etmək üçün ərazini nəzarətə götürüb.
Xuraman Etibarlı
İnterpress.az






