İnternetə görə kansleri təhqir edən şəxsin evinə polis BASQIN ETDİ – FOTObackend

İnternetə görə kansleri təhqir edən şəxsin evinə polis BASQIN ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada internetin zəifliyinə görə əsəbiləşən və kansleri təhqir edən şəxsin evinə polis gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Almaniyada internetin zəif sürətindən bezən bir şəxs öz qəzəbini ölkənin kansleri Olaf Şoltsun üzərinə töküb.

“Epic Games Store” platformasından fayl yükləməyə çalışan, lakin internetin yavaşlığı və gecikmə səbəbindən buna nail ola bilməyən şəxs əsəblərinə hakim ola bilməyib.

O, “Twitter” hesabında Almaniya kanslerinə müraciət edərək, “Olaf Şolts, sən əclafsan, bu nə biabırçılıqdır?” yazıb.

Bu təhqiramiz paylaşımdan qısa müddət sonra yerli polis qüvvələri həmin şəxsin evinə gəlib və ona qarşı cinayət işi açıb.

Hadisə xoşluqla başa çatıb: həmin şəxs diz çökərək üzr istəyib, paylaşımını silib və sərbəst buraxılıb. 

Sosial şəbəkələrdə dövlət rəsmilərinə qarşı təhqiramiz ifadələr işlətmək Almaniyada ciddi hüquqi məsuliyyət yaradır.

Xuraman Etibarlı

İnterpress.az