Baykal gölündə qayıq ÇEVRİLDİ: 5 turist HƏLAK OLDU – FOTObackend

Baykal gölündə qayıq ÇEVRİLDİ: 5 turist HƏLAK OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baykal gölündə qayıq çevrilməsi faciə ilə nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Baykal gölündə “Sever-750” tipli aerovayığın çevrilməsi nəticəsində faciəli hadisə baş verib.

Hadisə zamanı qayıqda 18 sərnişin olub. Onlardan 5 nəfər həlak olub, 13 nəfər (o cümlədən uşaq) isə xilas edilib.

Məlumata görə, qayıqda olanlar Moskva və Moskva vilayətindən gələn turistlər olub. Onlar “Kristalnıy Baykal” şirkətinin təşkil etdiyi səyahət üçün adambaşına 4 min rubl (təxminən 95 manat) ilə 7 min rubl (təxminən 167 manat) arasında vəsait ödəyiblər.

Qeyd edək ki, sözügedən şirkət 2012-ci ildən qeydiyyatdan keçib. 2023-cü ildə şirkətdə sanitar normaların pozulması ilə bağlı yoxlama aparılıb, 2025-ci ildə isə “Rostransnadzor” şirkətə lisenziyasız sərnişin daşıdığı üçün xəbərdarlıq edib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini və şirkət rəhbərliyinin məsuliyyətini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az