Dəməşqdə minaaxtaran avtomobil partladılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Suriya paytaxtı Dəməşqin rayonlarından birində minalanmış avtomobil partladılıb.
Məlumata görə, hücumun əsas hədəfi şəhərdə yerləşən Silahların İdarə olunması Mərkəzi olub.
Hadisə yerindən daxil olan görüntüləri Suriya mediası yayımlayıb. Hələlik ölən və ya yaralananlar barədə məlumat daxil olmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir, təhlükəsizlik qüvvələri ərazidə nəzarəti gücləndirib.
Xuraman Etibarlı
İnterpress.az






