Qeyri-adi ƏMƏLİYYAT: Pasiyentin mədəsindən çıxanlar ŞOK ETDİ – FOTObackend

Qeyri-adi ƏMƏLİYYAT: Pasiyentin mədəsindən çıxanlar ŞOK ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqradda 50 yaşlı pasiyentin mədəsindən 200-dən çox sikkə, qayka və qapı ilgəyi çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə regionun Səhiyyə Komitəsi məlumat yayıb.

Rusiyanın Volqoqrad şəhərində həkimlər unikal bir tibbi əməliyyata imza atıblar. 50 yaşlı pasiyentin mədə və qida borusundan 200-dən çox sikkə, 11 qayka və 2 ədəd qapı ilgəyi çıxarılıb.

Əməliyyatın unikal tərəfi onun kəsik və ağır cərrahi müdaxilələr olmadan, azinvaziv endoskopik üsulla həyata keçirilməsidir.

Həkimlərin peşəkarlığı sayəsində pasiyent ağırlaşmalardan xilas edilib.

Pasiyentin bu əşyaları nə üçün və hansı müddət ərzində udması barədə məlumat verilmir, lakin onun vəziyyətinin stabilləşdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az