Antalya festivalında mer dəvədən YIXILDI – VİDEObackend

Antalya festivalında mer dəvədən YIXILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyadakı festivalda Varsağın keçmiş meri dəvədən yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Antalyada keçirilən festivalların birində maraqlı və bir o qədər də təhlükəli hadisə yaşanıb.

Varsağın keçmiş meri Hüseyn Ayanoğlu festival çərçivəsində dəvə sürərkən müvazinətini itirərək heyvanın belindən yerə yıxılıb.

Hadisə festival iştirakçıları tərəfindən anbaan lentə alınıb.

Məlumata görə, Hüseyn Ayanoğlu yıxılma nəticəsində ciddi xəsarət almayıb.

Xuraman Etibarlı

İnterpress.az