Cənubi Koreyadan İsrailə SƏRT İTTİHAM: “Vətəndaşlarımızı oğurlamısınız”backend

Cənubi Koreyadan İsrailə SƏRT İTTİHAM: “Vətəndaşlarımızı oğurlamısınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya İsraili gəmi heyətindəki vətəndaşlarını “oğurlamaqda” ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Cənubi Koreya Prezidenti Li Çje Myon “Sumuda Donanması” (Flotiliya Sumuda) gəmisində olan ölkə vətəndaşlarının İsrail tərəfindən saxlanılmasını sərt şəkildə tənqid edib.

Dövlət başçısı bu hərəkətləri “beynəlxalq hüquq baxımından əsassız” adlandırıb.

Prezident eyni zamanda İsrail hökumətinə qarşı beynəlxalq səviyyədəki tənqidlərə toxunaraq bildirib ki, bir çox Avropa ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin orderləri əsasında İsrailin Baş naziri Netanyahuya qarşı həbs qərarı verməyə hazırdır.

Li Çje Myon əlavə edib ki, rəsmi Seul bu məsələ ilə bağlı “öz qərarını verməlidir”.

Qeyd edək ki, daha əvvəl İsrail Xarici İşlər Nazirliyi donanmaya daxil olan bütün gəmilərin nəzarət altına alındığını və 430 fəalın saxlanılaraq İsrailə gətiriləcəyini açıqlayıb.

Baş verən insident Cənubi Koreya və İsrail arasında diplomatik gərginliyə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az