Fars körfəzində GƏRGİNLİK: ABŞ hərbçiləri İran tankerində AXTARIŞ APARDI – VİDEObackend

Fars körfəzində GƏRGİNLİK: ABŞ hərbçiləri İran tankerində AXTARIŞ APARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman sahillərində İran neft tankerinin yoxlanıldığını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

ABŞ dəniz piyadaları Fars körfəzində, Oman sahilləri yaxınlığında üzən İranın “M/T Celestial Sea” ticarət neft tankerinin göyərtəsinə daxil olublar.

CENTCOM-un məlumatına görə, tanker İranın limanına doğru hərəkət edərək ABŞ-nin tətbiq etdiyi blokadanı pozmağa cəhddə şübhəli bilinib.

Yoxlama aparıldıqdan sonra Amerika qüvvələri gəmini sərbəst buraxıb və heyətə hərəkət kursunu dəyişdirmək barədə göstəriş verib.

İnsident bölgədə gərginliyin artdığı bir vaxtda baş verib və gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az