İtkin düşən qadının cəsədi zəncirlənmiş vəziyyətdə TAPILDI – FOTO/VİDEObackend

İtkin düşən qadının cəsədi zəncirlənmiş vəziyyətdə TAPILDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinsk vilayətində beton bloka zəncirlənmiş vəziyyətdə qadın cəsədi aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Çelyabinsk vilayətində dəhşətli cinayətin üstü açılıb. 2025-ci ilin noyabr ayından bəri itkin düşmüş hesab olunan başqırd əsilli qadının meyiti tapılıb.

Məlumata görə, qadının cəsədi çay sahilində beton blokdan zəncirlə bağlanmış vəziyyətdə aşkar edilib.

Qadının həyat yoldaşı bildirib ki, o, sonuncu dəfə oğlunu poliklinikaya aparmaq üçün evdən çıxıb və geri qayıtmayıb.

İstintaq müəyyən edib ki, elə həmin gün qadın tanıdığı bir şəxslə görüşüb. Onlar arasında qısqanclıq zəminində münaqişə baş verib və həmin şəxs qadını boğaraq öldürüb.

Cinayətkar izləri itirmək üçün cəsədi çay sahilinə aparıb və beton bloka bağlayaraq suya atıb. Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, qətlin digər təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az