Dəhşətli HADİSƏ: Bağban qazon biçərkən zibil maşınının ALTINDA QALDI – VİDEObackend

Dəhşətli HADİSƏ: Bağban qazon biçərkən zibil maşınının ALTINDA QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada zibil maşını qazon biçən bağbanı əzərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Böyük Britaniyada bağbanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bağban qazon biçdiyi vaxt kommunal xidmətə məxsus yük maşını onu vurub.

Hadisə yerindən yayılan görüntülərdə avtomobilin vurmasından dərhal sonra zərərçəkənin qışqırtıları eşidilir.

Ağır bədən xəsarətləri alan bağban dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, yük maşını sürücüsünün məsuliyyəti yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.az