Nyu-Yorkun mərkəzində PARTLAYIŞ: “Wall Street”də avtomobil ALIŞDI – VİDEObackend

Nyu-Yorkun mərkəzində PARTLAYIŞ: “Wall Street”də avtomobil ALIŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda məşhur “Wall Street” öküzünün yaxınlığında avtomobil alışaraq partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-nin Nyu-York şəhərinin maliyyə mərkəzi olan Uoll-strit rayonunda, şəhərin simvollarından sayılan məşhur “Öküz” heykəlinin yaxınlığında qorxulu anlar yaşanıb. Burada hərəkətdə olan avtomobil qəfildən alışaraq partlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili yardım xidməti cəlb olunub. İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisənin başvermə səbəbləri, bunun terror aktı, yoxsa texniki nasazlıq olması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az