Psixiatrlar XƏBƏRDARLIQ EDİR: Artıq çəki zehni fəaliyyəti korlayırbackend

Psixiatrlar XƏBƏRDARLIQ EDİR: Artıq çəki zehni fəaliyyəti korlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəki beyin fəaliyyətini kəskin şəkildə yavaşladır.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya psixiatrlarının araşdırmalarına görə, artıq çəki və piylənmə insanın zehni fəaliyyətini kəskin şəkildə ləngidir.

Mütəxəssislər bədən çəkisinin normadan artıq olmasının yaddaş, diqqət və təfəkkür proseslərini zəiflətdiyini bildiriblər.

Həmçinin qeyd olunur ki, qidalanma zamanı ifraz olunan dofamin hormonu spirtli içki asılılığına bənzər asılılıq yaradır.

Piylənmədən əziyyət çəkən insanlar yemək xatirinə digər zövq formalarından və maraqlarından asanlıqla imtina etməyə başlayırlar ki, bu da koqnitiv bacarıqların geriləməsinə səbəb olur.

Rusiya Səhiyyə Nazirliyinin proqnozlarına əsasən, 2030-cu ilə qədər ölkədə hər iki yetkin insandan biri piylənmə problemi ilə qarşılaşa bilər.

Tibb mütəxəssisləri yaranmış bu vəziyyəti əsl fəlakət adlandırırlar.

Xuraman Etibarlı

İnterpress.аz