Ankarada “Google”da zərgər dükanını necə qarət etməyi axtaran şəxs elə həmin gün cinayət törədib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin paytaxtı Ankarada maraqlı və qeyri-adi soyğunçuluq hadisəsi baş verib. Yerli sakin “Google” axtarış sistemində “zərgər dükanını necə qarət etmək olar” mövzusunda araşdırma apardıqdan dərhal sonra real olaraq qızıl mağazasına basqın edib.
Məlumata görə, o, mağazadan çoxlu sayda qızıl-zinət əşyaları qarət edərək evinə qayıdıb. Lakin soyğunçunun qeyri-adi planı rüsvayçılıqla nəticələnib və sevinci uzun sürməyib.
Hadisədən cəmi 2 saat sonra asayiş keşikçiləri operativ əməliyyat keçirərək şübhəli şəxsi elə öz evində, oğurladığı qızıllarla birlikdə yaxalayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Xuraman Etibarlı
İnterpress.аz






