Ermənistanda kəskin fırtına QEYDƏ ALINDI: Çoban ağır yaralanıb, əkin sahələri MƏHV OLUBbackend

Ermənistanda kəskin fırtına QEYDƏ ALINDI: Çoban ağır yaralanıb, əkin sahələri MƏHV OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirakda güclü dolu kəndlərə ciddi ziyan vurub, bir çoban ağır yaralanıb

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanın Şirak vilayətində bu gün yağan güclü dolu yerli infrastruktura və kənd təsərrüfatına ciddi ziyan vurub. Təbiət fəlakəti zamanı çöldə olan yerli çoban ağır bədən xəsarətləri alıb.

Məlumata görə, kəskin dolu yağışı nəticəsində kəndlərdə çoxlu sayda avtomobilə, yaşayış evlərinin və təsərrüfat tikililərinin dam örtüklərinə ciddi ziyan dəyib. Həmçinin ağaclar və geniş əkin sahələri tamamilə yararsız hala düşüb.

Hazırda bələdiyyə tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır və yaralı çobana təxirəsalınmaz tibbi yardım göstərilir.

Xuraman Etibarlı

İnterpress.аz